Müvəqqəti Yaşayış İcazəsi alana qədər verilən Giriş Vizası (D-Kateqoriya Viza)

Ümumi bilgi

Əgər siz Norveçə ailə immiqrasiyası kimi gəlməyi arzu edirsinizsə, bir qayda olaraq Norveçə daxil olmamışdan öncə orada müvəqqəti qalma icazəniz olmalıdır. Lakin bəzi istisna hallarda mövcuddur. Əgər sizin müvəqqəti yaşama icazəsi verən passportu almağa heç bir şübhə yoxdursa, o zaman icazə passportunu almadan Norveçə daxil ola bilərsiniz. Bunun üçün sizə ölkəyə giriş icazəsi verən D kateqoriyalı viza lazımdır.

Əgər müvəqqəti yaşama icazəsi ilə bağlı hər hansı məlumat yalnış olarsa yaxud səfirlikdə sizinlə bağlı hər hansı bir şübhə yaranarsa o zaman sizin D kateqoriyalı viza verilməsi ilə bağlı müraciətiniz rədd edilə bilər.

Xəbərdar olun ki, polis Azərbaycan vətəndaşlarından ibarət olan bir çox immiqrantları müsahibəyə çağırır, 25 yaşdan aşağı hər bir müraciətçi müsahibəyə çağrılır. Əgər səfirlik düşünürsəki müraciət edən ailənin müsahibəyə çağrılma ehtimalı var o zaman D kateqoriyalı viza üçün müraciətə rədd cavabı verir.

Valideynlərlə bərabər uşaqlar da ailə immiqrasiyası üçün müraciət edə bilərlər. Ailə immiqrasiyası bağlı D kateqoriyasının verilmə şərtləri ilə bağlı UDI Circular 2013-001 dan yaxud Norveç səfirliyinin veb saytından daha ətraflı məlumat əldə edə bilərsiz.

D kateqoriyalı viza Norveçdə müvəqqəti yaşama icazəsi olan cütlüklərə/ uşaqlara verilə bilər. Zəhmət olmasa bura basın UDI Circular 2013-004. Digər məqsədlərlə D kateqoriyasının alınması ilə bağlı Səfirliklə əlaqə saxlayın.

D kateqoriyalı vizanın alınması üçün siz C kateqoriyalı ərizə formasını Müraciət portalından doldurmalısınız. Səfirlik bu ərizə formunu Viza Müraciət Mərkəzindən əldə etdiyi zaman onu D kateqoriyalı ərizə formu ilə əvəz edəcək.

D kateqoriyalı vizanın alınması üçün Viza Müraciət Mərkəzinə yalnız Azəri vətəndaşlar müraciət edə bilər.

Qeyd:

D kateqoriyalı viza giriş vizasıdır, vətəndaşlara müvəqqəti yaşama icazəsi alana kimi Norveçdə qalmağa hüquq verir. Bu müvəqqi yaşama icazəsi olan pasport deyildir, D kateqoriyalı viza müraciətçiyə Norveçdə işləməyə yaxud istənilən səhiyyə sahəsində fəaliyyət göstərməyə və rifah xidmətləri ilə məşğul olmağa icazə vermir.

Əgər siz D kateqoriyalı viza əldə etmisinizsə, Səfirlik sizə müvəqqəti yaşama icazəsi alana kimi olan müddəti əhatə edən sağlamlıq sığortası almağı məsləhət görür.

Viza ödənişləri

Müvəqqəti yaşayış icazəsi alana qədər olan giriş vizası üçün viza ödənişi 60 avro təşkil edir.18 yaşından aşağı şəxslər üçün ödənişsizdir.

Bütün dəqiq viza ödənişi sıyahısına görə xahiş edirik Norwegian Directorate of Immigration saytına daxil olasınız.Bu ödənişlərin hamısı Application Portal Norway saytında online şəkildə ödənilməlidir.

Qeyd:

Viza haqqı istisna olmaqla, hər bir proqram üçün 55 AZN VFS Global xidmət haqqı və 74 AZN 2 tərəfli daşınma haqqı ödənilməlidir.

Həmçinin müraciət sahibi sənədlərinin Ankaraya daha tez gedib qayıtması üçün Premium Təcili çatdırılma xidmətindən istifadə edə bilər. Qiymət 208 AZN.

Premium Təcili çatdırılma xidmətindən istifadə etməklə yalnız çatdırılmanı tezləşdirə bilərsiniz. Bu xidmətin səfirlikdə olan viza əməliyyatının müddətinə heç bir təsiri yoxdur.

Şəhərdaxili Kuryer haqqı 8 AZN tutulacaqdır.

VFS Global Xidmət haqqı və əlavə ödənişlər yalnız nəğd şəkildə manatla Visa Müraciət Mərkəzlərində ödənilə bilər.

Viza haqları yalnız Müraciət Norveç Portal vasitəsilə kredit kartı ilə ödənilir

Lazımlı sənədlər

Səfirliyə əlaqələrin uzunmüddətli olması və ciddi xarakterli olmasını sübut edən sənədlər təqdim olunduğu halda, D kateqoriyalı viza verilə bilər.

Əgər siz Norveçdə həyat yoldaşınızın yanına getmək üçün D kateqoriyalı vizaya müraciət etmək istəyirsinizsə o zaman tələb olunan sənədlərə aşağıdakılarıda əlavə etməlisiniz:

Müraciətçi və həyat yoldaşının münasibətlərini sübut edən nigahdan əvvəlki və sonrakı münasibət haqqında yazılı bildiriş. Müraciət edən şəxsin həyat yoldaşı onların harada və necə tanış olmaları barədə ətraflı məlumat verməli və birgə olduqları müddəti qeyd etməlidir.

Müraciətçi və həyat yoldaşı arasındakı əlaqə sənədləşdirilməlidir(həyat yoldaşının pasportundakı Norveçdən çıxma və Azərbaycana giriş yaxud müraciətçinin Norveçə səfərlərini sübut edən vizaların nüsxəsi )

Əgər hər hansı bir şəkil təqdim edilərsə A4 formatında olmalıdır.

Həyat yoldaşınızın Norveçdə işlə bağlı müvəqqəti yaşama icazəsi varsa, o zaman əlavə sənədlərə ehtiyac yoxdur.

D kateqoriyalı viza üçün müraciət edərkən siz C kateqoriyalı viza üçün tələb olunan sənədləri təqdim edə bilməzsiniz.

Unutmayın D kateqoriyalı viza üçün ayrıca olaraq müraciət etdiyiniz zaman siz aile immiqrasiyasına icazə üçün tələb olunan sənədləri təqdim etməlisiniz, daha öncə təqdim etmiş olsanız belə.

Əgər siz ailə immiqrasiyasına icazə və D kateqoriyalı viza üçün eyni anda müraciət etsəniz o zaman yalnız ailə immiqrasiyasına icazə üçün tələb olunan sənədləri təqdim etməlisiniz. Buna baxmayaraq siz iki ayrı örtük məktubunu təsdiqləməli olacaqsınız: biri D kateqoriyalı viza ərizə formu digəri aile immiqrasiyasına icazə ərizə formu üçün.

Şəkil xüsusiyyətləri

Viza almaq üçün təqdim olunan şəkil aşağıda qeyd olunan tələblərə cavab verməlidir.

  • Son 6 ayda çəkil şəkil olmalıdır
  • Rəngli şəkil normal foto kağız üzərində çap olunmalıdır
  • Şəkilin ölçüsü 35-45 mm olmalidır
  • Üz düz düşməli və başın üstündən çənənin altəna qədər olan hissə 30mm olmalıdır.
  • Arxa fon ağ olmalıdır
  • Gün eynəksiz
  • Papaq və digər baş örtüksüz (dini səbəbdən istifadə olunan baş örtüyü də istisna deyil)
  • Eynəyin şüşəsi rəngli və parlaq olamamlıdır
  • Eynəyin çərçivəsi gözü qapamamalıdır

Daha ətraflı məlumat üçün bura daxil olun click here

Zəhmət olmasa nəzərə alin ki tələblərə cavab verməyən şəkili Viza Müraciət Mərkəzi qəbul etməyə bilər. Şəkil göstərilən tələblərə cavab verməzsə şəkilin yenisi ilə əvəz olunması tələb oluna bilər. Əgər müraciət edən şəxs istərsə uyğun ölçüdə olan şəkil Viza Müraciət Mərkəzində yerləşən fotokabində çəkə bilər.

Əməliyyat müddəti

Tələb olunan bütün sənədlərin qaydasında olduğu halda Viza Müraciətləri adətən, (Visa Müraciət Mərkəzində təqdim günü istisna olmaqla) 21 gün ərzində baxılır. Bəzi hallarda əməliyyat müddətı 2 aya uzadıla bilər.

Premium Təcili çatdırılma xidməti 15 günlük daşıma müddətini 5 iş gününə qədər tezləşdirir və viza əməliyyat müddətinə heç bir təsir etmir.

Yükləmə formaları

orveç viza üçün ərizə forması onlayn doldurmaq lazımdır. Bir onlayn ərizə formasını başlamaq üçün ərizə Portal Norveç ziyarət edin.

Sorğu D- Əgər məqsədi turistik səfərdi, sorğu ingilis dilində doldurulmalıdır

Yükləmə Təlimatı:

Formaları PDF formatındadır.

Bu formaları keçirmək və yükləmək üçün Adobe Acrobat Reader lazımdır.

Adobe Acrobat Reader yükləmək üçün buraya basın.

Müraciət formasını yükləmək üçün:

Forma linki basın

Forması açılan zaman, öz kompyuterda formasını saxlayın

Və ya

Tələb linki siçanın sağ düyməsini basın.

Siyahıdan obyekt kimi saxlamaq seçin

Sizin kompüterdə formasını saxlayın