Müvəqqəti Yaşayış İcazəsi

Əgər siz təyin olunmuş 90 gündən artıq qalmaq istəyirsinizsə bu zaman siz Uzun müddətli yaşayış icazəsi üçün müraciət etməlisiniz.

Miqrasiya məsələlərində regional məsələlər

3 avqust 2018 tarixindən etibarən C visa və Norveç yaşayış icazəsinin verilməsi prosesinə Norveç Krallığının Ankaradakı səfirliyi baxacaqdır. Məlumat üçün bildirmək istəyirik ki, Norveç səfirliyi və onun nümayəndəsi olduğu Danimarka, İslandiya və Finladiya sənədlərini Bakı şəhərindən VFS Global qəbul edəcəkdir.

Həmişə olduğu kimi Müraciət edin və sənədləri təhvil alın!

Əvvəl olduğu kimi indi də siz müraciətlərinizi Bakıdan VFS Global ofisindən edib, eyni yerdən də visa əməliyyatınızın mənfi və ya müsbət cavabını ala biləcəksiniz. Müraciət forması eyni olaraq qalacaqdır. 3 avqust 2018 tarixindən sonra bir neçə dəyişikliyi siz aşağıda görə bilərsiniz:

  1. Əməliyyat vaxtının uzadılması:
    Müraciətlər Norveç Krallığının Ankaradakı səfirliyində qəbul olunduqdan sonra 15 gün ərzində viza əməliyyatı baş verir. Nəzərinizə çatdırmaq istəyirik ki, 3-4 iş günü Bakı – Ankara – Bakı sənədlərin daşınmasına sərf oluanacaqdır. Məsləhət görərdik ki, səyahət vaxtına minimum 3-4 həftə qabaqcadan bizə müraciət edəsiniz.
  2. Sənədlərin daşınması rusümü haqqında məlumat:
    Əvvəl olduğu yenə də siz Viza rüsumu və VFS xidmət rüsumunu ödəyəcəksiniz. Əlavə olaraq siz, Bakı - Ankara – Bakı daşınma haqqını ödəməlisiniz.

    Əlavə Məlumatlar üçün “Viza Ödənişləri” bölməsindən məlumat ala bilərsiniz.

Əgər siz təyin olunmuş 90 gündən artıq Danimarkada qalmaq istəyirsinizsə bu zaman siz Uzun müddətli yaşayış icazəsi üçün müraciət etməlisiniz. VFS Global Azərbaycan ofisi Danimarka oturum icazəsi üçün Norveç səfirliyinə dokumentlərinizi qəbul etməyə hazırdır. Bunun üçün siz ilk öncə Norveç səfirliyinin saytında yaşayış icazəsi üçün sizə lazım olan sənədləri toparlayıb aşağıda göstərilən Norveç Krallığının Ankaradakı səfirliyinin bank hesabına ödənildikdən sonra bank qəbzi ilə birgə Bakı ofisimizə yaxınlaşa bilərsiniz. Norveç Viza Müraciətində siz əlavə olaraq 55 azn servis haqqı və 65 azn sənədlərin Bakı – Ankara – Bakı daşınma haqqını ödəməlisiniz.

Korporativ ad: Norveç Büyükelçılığı

Hesab: 1361-1299382 TL

IBAN: TR 84 0006 2001 3610 0001 2993 82

Branch: TUNALIHILMI

Swift code: TGBATRISXXX for Garanti Bank in Turkey