Qısa Müddətli Viza (C kateqoriyası)

Əgər siz 90 gündən az müddətdə Norveçə səfər etməyi planlaşdırırsızsa, o zaman qısa müddətli Şengen vizası üçün müraciət edə bilərsiniz.

Miqrasiya məsələlərində regional məsələlər

3 avqust 2018 tarixindən etibarən C visa və Norveç yaşayış icazəsinin verilməsi prosesinə Norveç Krallığının Ankaradakı səfirliyi baxacaqdır. Məlumat üçün bildirmək istəyirik ki, Norveç səfirliyi və onun nümayəndəsi olduğu Danimarka, İslandiya və Finladiya sənədlərini Bakı şəhərindən VFS Global qəbul edəcəkdir.

Həmişə olduğu kimi Müraciət edin və sənədləri təhvil alın!

Əvvəl olduğu kimi indi də siz müraciətlərinizi Bakıdan VFS Global ofisindən edib, eyni yerdən də visa əməliyyatınızın mənfi və ya müsbət cavabını ala biləcəksiniz. Müraciət forması eyni olaraq qalacaqdır. 3 avqust 2018 tarixindən sonra bir neçə dəyişikliyi siz aşağıda görə bilərsiniz:

  1. Əməliyyat vaxtının uzadılması:
    Müraciətlər Norveç Krallığının Ankaradakı səfirliyində qəbul olunduqdan sonra 15 gün ərzində viza əməliyyatı baş verir. Nəzərinizə çatdırmaq istəyirik ki, 3-4 iş günü Bakı – Ankara – Bakı sənədlərin daşınmasına sərf oluanacaqdır. Məsləhət görərdik ki, səyahət vaxtına minimum 3-4 həftə qabaqcadan bizə müraciət edəsiniz.
  2. Sənədlərin daşınması rusümü haqqında məlumat:
    Əvvəl olduğu yenə də siz Viza rüsumu və VFS xidmət rüsumunu ödəyəcəksiniz. Əlavə olaraq siz, Bakı - Ankara – Bakı daşınma haqqını ödəməlisiniz.

    Əlavə Məlumatlar üçün “Viza Ödənişləri” bölməsindən məlumat ala bilərsiniz.