Viza Növləri

Norveç viza müraciət mərkəzi qısa müddətli şengen vizası, müvəqqəti yaşama icazəsi və D kateqoriyalı müraciətləri qəbul edir.

Qısa müddətli vizalar

Əgər siz 90 gündən az müddətdə Norveçə səfər etməyi planlaşdırırsızsa, o zaman qısa müddətli Şengen vizası üçün müraciət edə bilərsiniz. Səyahətinizin məqsədi viza kateqoriyasını müəyyən edir.

Turist: Səyahətin məqsədi məzuniyyət yaxud istirahətdir

Biznes: Səyahətin məqsədi iş və ya kommersiya fəaliyyətidir

Ailə və dost ziyarəti: Səyahətin məqsədi Norveç vətəndaşı olan və ya Norveçdə müvəqqəti yaşama icazəsi olan dost və ailə üzvlərini ziyarət etməkdən ibarətdir.

Təhsil, mədəniyyət və idmanla bağlı hadisələr: Səyahətin məqsədi təhsillə bağlı kurslarda, mübadilə proqramlarında, yay məktəblərində, idman, mədəniyyətlə və s bağlı yığıncaqlarda iştirak etməkdən ibarətdir.

Avropa Birliyinin üzvü olan şəxsləri ziyarət: Səyahətin məqsədi Norveçdə azad hüquqlara malik olan Avropa Birliyinin üzvü olan şəxsləri ziyarət etməkdir. Bura yalnız AB üzvü olan vətəndaşın həyat yoldaşı, uşaqları və valideynləri müraciət edə bilər.

Müvəqqəti yaşama icazəsi

Əgər siz Norveçdə 90 gündən çox müddətdə qalmağı və ya işləməyi düşünürsünüzsə o zaman siz müvəqqəti yaşama icazəsi almaq üçün müraciət etməlisiniz.

Təhsil, iş və digər məqsədlərlə

Ailə immiqrasiyası

D kateqoriyalı viza

D kateqoriyalı viza giriş vizasıdır, vətəndaşlara müvəqqəti yaşama icazəsi alana kimi Norveçdə qalmağa hüquq verir. Bu müvəqqi yaşama icazəsi olan pasport deyildir, D kateqoriyalı viza müraciətçiyə Norveçdə işləməyə yaxud istənilən səhiyyə sahəsində fəaliyyət göstərməyə və rifah xidmətləri ilə məşğul olmağa icazə vermir