Xəbərlər və Yeniliklər

  • 30 May 2019

    Qeyd: Azərbaycan Respublikasından 22 may- 10 iyun tarixlərində müraciət edən şəxslərin müraciətlərinə Türkiyə Respublikasında Ramazan bayramı ilə əlaqədar olaraq daha uzun müddətə baxılacaqdır.

    Beləki Türkiyə Respublikasında Ramazan bayramı ilə əlaqədar olaraq 3-7 iyun tarixlərində kuryer şirkətləri fəaliyyət göstərməyəcək, bu səbəbdən 31 may-10 iyun aralığında Ankaradakı depolara heç bir sənədin giriş və çıxışı olmayacaqdır.

    Müraciətinizi etməmişdən öncə bu məqamları nəzərə almağınızı xahiş edirik.

  • 04 July 2018

    Siz Norveç Səfirliyi üçün C –Viza və ya oturum üçün müraciət etmək istəyirsiniz? Xahiş edirik aşağıdakı dəyişikliklər barədə məlumatı oxuyasınız.

    Miqrasiya məsələlərində regional məsələlər

    2 avqust 2018 tarixindən etibarən C visa və Norveç yaşayış icazəsinin verilməsi prosesinə Norveç Krallığının Ankaradakı səfirliyi baxacaqdır. Məlumat üçün bildirmək istəyirik ki, Norveç səfirliyi və onun nümayəndəsi olduğu Danimarka, İslandiya və Finladiya sənədlərini Bakı şəhərindən VFS Global qəbul edəcəkdir.

    Həmişə olduğu kimi Müraciət edin və sənədləri təhvil alın!

    Əvvəl olduğu kimi indi də siz müraciətlərinizi Bakıdan VFS Global ofisindən edib, eyni yerdən də visa əməliyyatınızın mənfi və ya müsbət cavabını ala biləcəksiniz. Müraciət forması eyni olaraq qalacaqdır. 2 avqust 2018 tarixindən sonra bir neçə dəyişikliyi siz aşağıda görə bilərsiniz:

    1. Əməliyyat vaxtının uzadılması:
      Müraciətlər Norveç Krallığının Ankaradakı səfirliyində qəbul olunduqdan sonra 15 gün ərzində viza əməliyyatı baş verir. Nəzərinizə çatdırmaq istəyirik ki, 3-4 iş günü Bakı – Ankara – Bakı sənədlərin daşınmasına sərf oluanacaqdır. Məsləhət görərdik ki, səyahət vaxtına minimum 3-4 həftə qabaqcadan bizə müraciət edəsiniz.
    2. Sənədlərin daşınması rüsumu haqqında məlumat:
      Əvvəl olduğu kimi yenə də siz Viza rüsumu və VFS xidmət rüsumunu ödəyəcəksiniz. Əlavə olaraq siz, Bakı - Ankara – Bakı daşınma haqqını ödəməlisiniz.

      Əlavə Məlumatlar üçün “Viza Ödənişləri” bölməsindən məlumat ala bilərsiniz.
  • 29 June 2018

    Məlumat vermək istərdik ki, 29,06.2018 tarixindən etibarən Norveç səfirliyi İS Krallığının viza müraciətlərini artıq qəbul etməyəcəkdir. Bununla bağlı aşağıda göstərilən elektron adreslərə müraciət edə bilərsiniz.

    generalkonsulat.istanbul-visum@gov.se

    ambassaden.moskva-visum@gov.se